bazar 3 may 2026 - 15:47
İran xalqı düşməni yaxşı tanıyır / Parçalanma yaradan çıxışlar düşmənə xidmətdir

Hövzə / Elmi Hövzələrin Ali Şurasının üzvü Ayətullah Seyid Əli Xameneinin şəhadətindən sonra xalqın geniş şəkildə səhnəyə çıxmasına toxunaraq bildirib ki, bu öz-özünə formalaşan və cəsarətli iştirak İran xalqının uzaqgörən, vilayətə bağlı və fədakarlıq ruhuna malik olduğunu göstərdi və belə bir xalq heç bir düşmən qarşısında baş əyməyəcək.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Ayətullah Mahmud Rəcəbi Qum şəhərində keçirilən gecə toplantısı zamanı agentliyin stendində canlı yayımlanan müsahibəsində, İnqilab Rəhbəri  Seyid Əli Xameneinin şəhadətindən sonrakı günlərdə xalqın iştirakı və ölkədəki vəziyyətin müxtəlif tərəflərini şərh edib.

Elmi hövzələrin Ali Şurasının üzvü xalqın meydanlarda geniş iştirakına toxunaraq bildirib ki, rəhbərin şəhadətindən sonra baş verən hadisələr və xalqın səhnəyə çıxışı, şəhid Ayətullah Seyid Əli Xameneinin “xalqın dirçəlişi” kimi ifadə etdiyi həqiqətin təcəssümüdür. Onun sözlərinə görə, bu gün xalq bu həqiqəti bütün varlığı ilə dərk edir.

Mahmud Rəcəbi vurğulayıb ki, məsul şəxslər və cəmiyyətin bütün təbəqələri belə bir xalqın qədrini bilməlidirlər. Onun sözlərinə görə, bu xalq əzm, böyüklük, bəsirət, sədaqət, vilayətə bağlılıq, fədakarlıq və ixlas baxımından dünyada nadir nümunədir.

İran xalqının ayıqlığı və cəsarəti

Ekspertlər Məclisinin Rəyasət Heyətinin üzvü qeyd edib ki, İran xalqı düşməni yaxşı tanıyır, onun planlarını anlayır və necə reaksiya verməli olduğunu bilir. Heç kim xalqa gecələr küçələrə çıxmağı deməmişdi. Onlar özləri gəldilər və bu, xalqın yüksək bəsirətinin göstəricisidir.

O əlavə edib ki, hətta Ekspertlər Məclisi yeni rəhbəri seçməmişdən əvvəl belə, xalq öz sədaqətini sistemə və vilayətə nümayiş etdirdi və bu, olduqca diqqətəlayiq və nadir haldır.

Ayətullah Rəcəbi xalqın cəsarətini də önə çəkərək bildirib ki, bombardman və təhdidlərə baxmayaraq, insanlar səhnədə qalmağa davam edirdi və bu, misilsiz cəsarətin göstəricisidir.

İran xalqının beş əsas xüsusiyyəti

O qeyd edib ki, İran xalqı beş mühüm xüsusiyyətə malikdir: Ayıqlıq, cəsarət, vilayətə bağlılıq, fədakarlıq və ixlas. O, belə bir xalqın heç bir düşmən qarşısında məğlub olmayacağını vurğulayıb.

ABŞ-nın İran İslam Respublikasının şərtlərini qəbul etməsi

Ayətullah Rəcəbi beynəlxalq arenadakı son hadisələrə də toxunaraq bildirib ki, müharibə günlərində ABŞ dəfələrlə danışıqlar təklif edib, lakin İran bunu qəbul etməyib. Daha sonra İran öz şərtlərini irəli sürüb və vasitəçi ölkələr bu şərtlərin qəbul edildiyini bildiriblər. Bununla belə, İran tərəfi bunu kifayət saymayaraq ABŞ prezidentinin bunu şəxsən elan etməsini tələb edib və nəticədə bu qəbul rəsmi şəkildə bildirilib.
O qeyd edib ki, bu hadisələr göstərir ki, belə xüsusiyyətlərə malik xalq böyük güclər qarşısında da qalib gələ bilər.

İran xalqı düşməni yaxşı tanıyır / Parçalanma yaradan çıxışlar düşmənə xidmətdir

Müqəddəs birliyin formalaşması

Ekspertlər Məclisinin Rəyasət Heyətinin üzvü bu dövrün ən mühüm nailiyyətlərindən birinin milli birliyin formalaşması olduğunu bildirib. Onun sözlərinə görə, düşmən mövcud olan birliyi də aradan qaldırmaq niyyəti ilə gəlmişdi, lakin Allah bu planları əksinə çevirdi və ölkədə “müqəddəs birlik” yarandı.

O vurğulayıb ki, bu birliyi qorumaq və gücləndirmək hamının borcudur və onu zəiflədən hər bir söz qəbuledilməzdir. Çünki düşmən məhz bu birliyi dağıtmağa çalışır.

Yeni rəhbərlik, ilahi nemət

Mahmud Rəcəbi İslam İnqilabının yeni rəhbərinin seçilməsini də ilahi nemətlərdən biri kimi qiymətləndirib. O qeyd edib ki, düşmən Ayətullah Seyid Əli Xameneinin şəhadətindən sonra ölkənin dağılacağını düşünürdü, lakin Allahın lütfü ilə Ekspertlər Məclisi qəti səs çoxluğu ilə yeni rəhbəri seçdi və onun layiqli davamçısı eyni xətt üzrə fəaliyyətə başladı.

Onun sözlərinə görə, bu hadisə düşmən üçün böyük məğlubiyyət, İran xalqı üçün isə böyük nemətdir və xalq hər gün rəhbərə olan sevgisini və itaətini daha aydın şəkildə nümayiş etdirir.

Düşmənin ikitirəlik yaratmaq cəhdləri

Ekspertlər Məclisinin Rəyasət Heyətinin üzvü Ayətullah Rəcəbi psixoloji müharibəyə də toxunaraq bildirib ki, düşmən İran cəmiyyətində parçalanma olduğu təəssüratını yaratmağa çalışır. Halbuki həm xalq, həm də məsul şəxslər vahid şəkildə rəhbəri dəstəkləyirlər.

O əlavə edib ki, yüksək vəzifəli şəxslər belə, Ayətullah Seyid Müctəba Hüseyni Xamenei uğrunda canlarını fəda etməyə hazır olduqlarını bildirir və xalqın şüarları da bu sədaqəti açıq şəkildə göstərir.

Xalq arasında misilsiz həmrəylik

Ayətullah Rəcəbi geniş ictimai həmrəyliyin yaranmasını da ilahi nemətlərdən biri kimi dəyərləndirib. Onun sözlərinə görə, əvvəllər bir-birindən uzaq olan qəlblər indi yaxınlaşıb və bu, Allahın bəxş etdiyi xüsusi bir nemətdir.

O qeyd edib ki, bu gün fərqli baxış və meyllərə malik insanlar bir araya gəlib və bu birlik o qədər dəyərlidir ki, onu qorumaq üçün bütün dünyanı belə sərf etməyə dəyər.

ABŞ-nin hegemonluğunun sarsılması

İmam Xomeyni (r) adına Tədris və Tədqiqat İnstitutunun rəhbəri bildirib ki, bu dövrün mühüm nailiyyətlərindən biri də ABŞ-nın hegemonluğunun sarsılması və sionistlərin alçaldılmasıdır. Onun sözlərinə görə, bu böyük nemətlər şükür tələb edir.

Mahmud Rəcəbi şükürü üç səviyyədə izah edib: Qəlbdən olan, dil və əməl ilə olan şükür. Qəlbdən olan şükür: Bu qələbələrin arxasında Allahın iradəsinin olduğuna inanmaqdır. Dil ilə şükür: Həmd və şüarlarla bunu ifadə etməkdir. Əməlilə olan şükür isə yaranan imkanlardan düzgün istifadə etmək və bir-birinə yardım göstərməkdir.

Qənaət və qarşılıqlı yardım çağırışı

Ayətullah Rəcəbi iqtisadi şəraitə və düşmənin təzyiqlərinə toxunaraq bildirib ki, bu gün qənaət və sadə həyat tərzi ilə mövcud vəziyyətdən keçmək lazımdır. Çünki düşmən iqtisadi məhdudiyyətlər və dəniz mühasirəsi ilə ölkəyə təzyiq göstərməyə çalışır.

O əlavə edib ki, hər kəs öz imkanına uyğun şəkildə ölkəyə dəstək verməlidir. Kimisi maddi yardım, kimisi meydanda iştirak, digərləri isə müxtəlif sahələrdə fəaliyyətlə bunu yerinə yetirməlidir.

Qələbənin əsas amili, dua və təvəssül 

Ekspertlər Məclisinin Rəyasət Heyətinin üzvü dua və təvəssülün rolunu xüsusi vurğulayaraq bildirib ki, dua hətta ilahi hökmü belə dəyişə bilər. O qeyd edib ki, səylərlə yanaşı, Allaha yalvarmaq və Əhli-beytə (ə), xüsusilə həzrət İmam Zaman (ə.f) təvəssül etmək lazımdır.

O tövsiyə edib ki, “ Təvəssül duası”, Səhifə Səccadiyənin 14-cü duası və “Fəth” surəsinin mənaları ilə birlikdə oxunması xalqın ümid və motivasiyasını artırır.

İlahi vəd və İran xalqı

Ayətullah Rəcəbi Peyğəmbərdən (s) nəql olunan bir rəvayətə istinad edərək bildirib ki, Quranda müsəlmanlara xitabən deyilir: Əgər siz Allahın dininə kömək etməsəniz, Allah başqa bir qövmü gətirəcək ki, bu vəzifəni yerinə yetirsin. Bu ayə nazil olanda səhabələr həmin qövmün kim olduğunu soruşduqda, Peyğəmbər (s) Salman Farsinin çiyninə toxunaraq onların bu qövmün nəslindən olacağını buyurub.

O vurğulayıb ki, bu, İran xalqı üçün böyük bir fəxr mənbəyidir və onların səhnədə fəal iştirakı son qələbəni təmin edəcək.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha